Oktyabr 4, 2022

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

Ermənistanın Baş naziri Təhlükəsizlik Şurasının iclasını keçirib.

Turaz.org xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, iclasda Qarabağdakı vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Hadisədən sonra Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15 nəfər isə yaralanıb. Bundan başqa, 1 artilleriya hərbi hissəsi, həmçinin 1 post məhv edilib.

Müxbir: Əzizə Əlizadə

Translate »