Rusiya Silahlı Qüvvələrinin Nikolayevdə yaşayış binasını atəşə tutması nəticəsində 6 nəfər ölüb.
Turaz.org UNIAN-a istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.
Nikolayev şəhərin meri Aleksandr Senkeviç bildirib ki, xilasedicilər dağıntıların altından 1 kişi və 2 qadının meyitini çıxarıblar: “Saat 10:00-a olan məlumata görə, yaşayış binasına dəymiş zərbə nəticəsində 6 nəfər həlak olub”.
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya Silahlı Qüvvələrinin gecə hücumu Ukrayna ordusunun cəbhədəki uğurlarına xain cavabdır.
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı