Dekabr 7, 2021

Niyazbəyov Koreyada keçirilən sammitdə iştirak edib

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbəyov Cənubi Koreyanın Seul şəhərində keçirilən 2021 -ci il Beynəlxalq Polis Sammitində iştirak edib.

Turaz.org xəbər verir ki, Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sammit “Yeni təhdidlərə qarşı qlobal polis əməkdaşlığının yeni norması və gələcəyi” mövzusunda keçirilib.

Tədbir Koreya Milli Polis Agentliyi tərəfindən təşkil olunub. Məqsədi, müxtəlif dövlətlərin polis idarələrinin rəhbərləri arasında fikir və ən yaxşı təcrübə mübadiləsinin təşkil edildiyi günümüz şəraitində qlobal təhlükəsizliyi təmin etməkdir.

Nazir Niyazbəyov, Koreya Milli Polis Agentliyinin Baş Komissarı Kim Çang-yong və polis xidmətlərinin rəhbərləri ilə birlikdə Koreya polis idarələrinin geyim nümunələri və maddi-texniki təminat nümunələrini təqdim edən Koreya Polis dünyası sərgisini ziyarət edib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/biskekde-yerli-ozunuidareetme-orqanlari-rehberlerinin-respublika-surasi-kecirilecek/

Translate »