Noyabr 29, 2022

Nobel Sülh mükafatının laureatları məlum olub

Nobel Sülh mükafatı 2022-ci il üzrə belaruslu hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatlarına verilib.

 

Turaz.org xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.

 

Qeyd edək ki, Nobel Sülh mükafatının ötənilki qalibləri filippinli və rusiyalı jurnalistlər Maria Ressaya və Dmitri Muratov olub. Onlar demokratiya və davamlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorunması sahəsində səylərinə görə bu mükafata layiq görülüblər.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax: https://turaz.org/beynelxalq-koalisiya-ermenistani-xocali-soyqirimini-tanimaga-cagirib/

Translate »