Oktyabr 20, 2021

Norveçin paytaxtında Azərbaycan məktəbi fəaliyyətə başladı.

Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.Turaz.org AzEdu.az-a istinadən xəbər verir ki,Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata

görə,layihə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO), Oslo Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə

əlaqələndiricisi Ramil Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Məktəbin açılış mərasimində Norveçdəki Azərbaycan icmasının üzvləri, müəllim-şagird heyəti və valideynlər iştirak ediblər. Tədbirdə Ramil Əliyev, Azərbaycan dili kursunun müəllimi Arzu Rzayeva, valideyn

Xəlil Alvani çıxış ediblər. Natiqlər Azərbaycan icmasının həyatında böyük əhəmiyyət kəsb edən bu hadisə münasibətilə şagirdləri və valideynləri təbrik ediblər, xaricdə yaşayan

hər bir soydaşımızın, xüsusilə də övladlarımızın Ana dilimizi öyrənməsinin vacibliyini vurğulayıblar. Tədbirdə şagirdlərə Azərbaycan dili kursunun proqramı barədə ətraflı məlumat verilib.

Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://turaz.org/gorme-engelli-abituriyentler-ucun-bu-qeder-plan-yeri-ayrildi/

Həmçin bax:https://kafkazh.com/yetkinlik-dovru-psixologiyasi-ve-bu-dovrun-problemleri/

Həmçin bax:https://tehsilim.org/sexsi-ve-karyera-heyatinizda-unsiyyet-zamani-beden-dilinin-tesirinin-55-oldugunu-bilirdiniz/

Translate »