Aprel 2, 2023

Noyabrın 1-də 235 mindən çox insan koronavirusa qarşı peyvənd olunub

Noyabrın 1-də Özbəkistanda 235 776 nəfər koronavirusa qarşı peyvənd olunub.

Turaz.org xəbər verir ki, onlardan 112595 nəfəri birinci, 74 327 nəfəri ikinci, 48 854 nəfəri isə üçüncü peyvəndi alıb.
Bu günə qədər ölkədə ümumilikdə 26 469 699 doza vaksin istifadə olunub.
Ötən gün Fərqanə rayonunda 34557 nəfər peyvənd olunub. Bu, noyabrın 1-nə ölkə üzrə ən yüksək göstəricidir, Daşkənd şəhəri (33 089) və Namanqan vilayəti (26 573) ikinci yerdədir.
Ümumilikdə koronavirusa yoluxanların sayı 186 521-ə çatıb, rəsmi statistikada ölənlərin sayı 1327-dir.

Tərcüməçi Həmidə İskəndərova

Həmçinin bax: https://turaz.org/ozbekistanin-buxara-bolgesinde-buxara-it-expo-sergisi-kecirilib/

Translate »