Dekabr 9, 2021

Noyabrın 4-6-da Qazaxıstanda temperaturun -20 dərəcə selsi olacağı proqnozlaşdırılır

Met Office noyabrın 4-6-da Qazaxıstan üçün hava proqnozunu açıqlayıb.

Turaz.org xəbər verir ki, Qazaxıstan ərazisinə doğru gələn soyuq Şimal-Qərb antisiklonu ölkənin əksər rayonlarında yağıntıların dayanması və temperaturun xeyli aşağı düşməsi ilə nəticələnəcək.
Noyabrın 4-də hava şəraiti ilə əlaqədar olaraq yalnız cənub, cənub-şərq rayonlarında qar yağacağı, dağlıq ərazilərdə yağıntının intensiv olacağı, güclü külək əsəcəyi, buz örtüyü və qrunt tipli qar çovğunun olacağı gözlənilir.

Ölkənin əksər ərazilərində duman olacaq. Qərbdə gecə 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gündüz 0-5 dərəcə isti olacaq. Cənubda havanın temperaturu gecə 3-8, gündüz 10 dərəcə isti təşkil edəcək. Qazaxıstanın şimal-qərbində havanın temperaturunun gecə -10 dərəcə şaxta, gündüz 6 dərəcəyədək yüksələcəyi gözlənilir.

Şimalda gecə 13-18 və 0-10, gündüz 0-8 və 0-6 dərəcə şaxta olacaq. Mərkəzi və şərq rayonlarında havanın temperaturu 13-21 dərəcəyədək yüksələcək, gecə 5-13 dərəcə şaxtaya enəcək, gündüz temperatur 2-13 dərəcədən 0-8 dərəcəyədək dəyişəcək. Şimal-şərq üçün gecə -8 dərəcə şaxta, olacağı gündüz 8 dərəcəyədək temperaturun yüksələcəyi gözlənilir. Cənub-şərqdə gecə 5-13, gündüz 2-7 və 0-5 dərəcə şaxta olacaq.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/macaristanda-son-sutkada-74-covid-19-xestesi-dunyasini-deyisib/

Translate »