Dekabr 8, 2021

Nur-Sultanda prezidentin sədrliyi ilə Milli İctimai Etimad Şurasının 6-cı iclası işə başlayıb

Qazaxıstanın paytaxtında prezident Qasım Comərt Tokayevin sədrliyi ilə Milli İctimai Etimad Şurasının 6-cı sessiyası işə başlayıb.

Turaz.org xəbər verir ki, tədbir iştirakçılarının şuranın əvvəlki iclaslarında dövlət başçısının verdiyi tapşırıqların icrasına diqqət yetirilməsi, şura üzvlərinin sosial, sosial-iqtisadi və regional inkişafla bağlı təkliflərinə baxılması nəzərdə tutulur.

Sessiya virtual olaraq keçiriləcək, çünki ölkənin müxtəlif regionlarından çoxsaylı iştirakçıların qoşulacağı gözlənilir. Məhz Prezident Tokayev 12 iyun 2019-cu ildə andiçmə mərasimindəki çıxışında Milli İctimai Etimad Şurasının yaradılması ideyası ilə çıxış edib. Həmin gün şuranın yaradılması haqqında müvafiq sərəncam imzalayıb. 2019-cu il sentyabrın 6-da dövlət başçısının iştirakı ilə Milli İctimai Etimad Şurasının ilk iclası keçirilib.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/sedir-ceferov-korrupsiyaya-qarsi-mubarize-uzre-biznes-surasinin-iclasinda-istirak-edib
Həmçinin bax: kafkazh.com/azerbaycan-efsar-dovletinin-yaranmasi

Translate »