Oktyabr 21, 2021

O taylı, bu taylı şair-Məhəmmədhüseyn Şəhriyar

O taylı, bu taylı Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyar 31 iyul 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində dünyaya gəlmişdir.

Görkəmli şairin ədəbiyyata olan marağı hələ uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında isə valideynlərinin az rolu olmamışdır. O 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı. Artıq 20-ci illərin ortalarından etibarən istedadlı bir gənc şair kimi tanınırdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Şair klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi — Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü.

Turaz.org məlumat verir ki, bu gün tanınmış, görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.
Belə ki şeirlərin də hər zaman sevgini, gözəlliyi, vətənə olan sevgini, həyatı təsvir edən görkəmli şair
uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda  vəfat etmişdir. Məzarı Təbriz “Şairlər məqbərəsində” yerləşir.
Görkəmli şairimizi hörmət və ehtiramla yad edirik!
Allah rəhmət eləsin!

Translate »