İyul 1, 2022

Ocaqlı kəndinin elektrik problemi niyə həll edilmir?

Cəlilabad rayonu Ocaqlı kəndinin sakinləri elektrik enerjisinin istifadəsindən əziyyət çəkir.

Kənd sakinlərindən Turaz.org-a verilən məlumata görə, elektrik xətlərinin və dirəklərinin bərbad vəziyyətdə olması sakinləri bəzi problemlərlə üz-üzə qoyur.

Xətlər müxtəlif növ kabellərdən birləşməsindən hazırlandığına görə elektrik enerjisini düzgün şəklində ötürə bilmir və nəticədə sakinlərin elektriklə işləyən təchizatları sıradan çıxmış olur. Bundan başqa dirəklərin taxta parçalarından, dəmirdən hazırlanması və düzgün quraşdırılmaması mühim problem yaradır. Sərt hava şəraitində dirəklərin aşması böyük fəsadlara səbəb olur.

Sakinlərin sözlərinə görə kabellərin və dirəklərin bu vəziyyətdə olması  mal-qaranın hətta, az yaşlı uşaqların da ölümünə səbəb olub. Sakinlər deyirlər ki, dəfələrlə rayon bələdiyyəsinə və icra hakimiyyətinə  müraciət edilib və səlahiyyətli şəxslər  ən qısa zamanda problemin həll ediləcəyini deyiblər. Lakin, müraciətdən xeyli vaxt keçməsinə baxmayaraq hələ də heç bir tədbir görülməyib. Hətta müraciət zamanı sakinlərə  bildirilib ki, həmin ərazi kabelləşdirilmə zamanı plan xəritəsinə daxil edilməyib. Halbuki burada 150 dən çox ev mövcuddur.

Müxbir: Yunis Əhmədov

Translate »