Dekabr 9, 2021

Ombudsman erməni terrorçunun Şuşada Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib

 

Azərbaycanın İnsan Hüquqları Müvəkkili (Ombudsman) erməni terrorçunun Şuşada Azərbaycan və Rusiya hərbçilərinə qumbara atmasına münasibət bildirib.

Turaz.org xəbər verir ki, Ombudsmanın rəsmi tviter səhifəsində bu gün Şuşa yaxınlığında Azərbaycanın hərbi qulluqçularına və Rusiya sülhməramlılarına qarşı Ermənistan tərəfindən törədilmiş terror aktı şiddətlə qınanılıb.

“Bu, regionda sülhün qurulması prosesinə ciddi təhlükədir” – paylaşımda bildirilib.

Müxbir: Əzizə Əlizadə

Translate »