Dekabr 4, 2022

Onlayn müsahibələrə start verilir.

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Turaz.org xəbər verir ki,müsahibə mərhələsi “Microsoft Teams” platforması üzərindən keçiriləcək.Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək.

Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər.Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə bilərlər.Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=tTXd4FJHO1k&feature=emb_titleOnlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

Müxbir:Turaz.org xüsusi müxbiri Nağızadə Ayşən

Həmçin bax:https://turaz.org/turkiye-dtx-iranli-narkobarona-qarsi-emeliyyat-kecirib/

Həmçin bax:https://turaz.org/190-manat-bu-sexslere-verilecek-nazirlik-aciqladi/

Translate »