Oktyabr 2, 2022

Onlayn praktika keçən BXA tələbələrinə sertifikat veriləcək


 

Turaz.org məlumat verir ki, 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyası (BXA) ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası arasında akademik əməkdaşlığı daha da inkişaf etdirmək üçün ikitərəfli müqavilə bağlanılıb.

Sözügedən müqavilə çərçivəsində Akademiyanın İncəsənət fakültəsinin tələbələri Cavadzadə Sabrina, Hacıyev Ruslan və Magistratura və doktorantura şöbəsinin magistrantı Şahmuradova Nigar 2020-2021-ci tədris ilinin yaz sessiyasında Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasında koronavirus pandemiyası ilə əlaqədar onlayn şəkildə praktika keçirlər.

Qeyd edək ki, praktika yekunlaşdıqdan sonra hər üç tələbəyə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyası tərəfindən sertifikat veriləcək.

Müqavilə əsasında mobil əməkdaşlığı davam etdirmək məqsədi ilə Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının magistratura səviyyəsində təhsil alan Akılbekova Acar mövcud vəziyyətə uyğun olaraq onlayn şəkildə BXA-da təcrübə keçəcək.

Xüsusi Müxbir : Nağızadə Ayşən

Həmçinin bax: /turaz.org/miq-in-novbeti-musahibe-merhelesi-ne-zaman-kecirilecek/

Translate »