Noyabr 28, 2021

Özbəkistan 2021-ci ilin yanvar-oktyabr aylarında 6,8 milyard dollardan çox xarici investisiya cəlb edib

Noyabrın 6-da Baş nazirin müavini Sərdar Umurzakovun sədrliyi ilə Xarici Ticarət, İnvestisiyalar, Yerli Sənayenin İnkişafı və Texniki Tənzimləmə üzrə Hökumət Komissiyasının videokonfrans iclası keçirilib.

Turaz.org xəbər verir ki, iclas zamanı investisiya və xarici ticarət fəaliyyətinin cari göstəriciləri, o cümlədən investisiya cəlbinin daha da stimullaşdırılması, sənayenin inkişafı və ixrac potensialının artırılması üzrə məsələlər müzakirə edilib.

Sənaye və regionlar kontekstində investisiya proqramlarının həyata keçirilməsində irəliləyişlərə nəzər salınıb. Bu ilin oktyabr ayına olan məlumata görə, 6,8 milyard dollar birbaşa xarici investisiya cəlb edilib. Ümumi dəyəri 75,5 trilyon manat olan 10 min 112 investisiya layihəsi istifadəyə verilmiş, bunun nəticəsində 142,8 min yeni iş yeri yaradılmışdır.

İlin sonunadək mənimsənilmiş birbaşa xarici investisiyaların həcmini 8,1 milyard dollara çatdırmaqla daha 3145 yeni investisiya layihəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

Həmin layihələrin vaxtında icrasına başlanılması və bu layihələrin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliklərin, sahə birliklərinin və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə icranın gedişatına gündəlik nəzarət etmək, qarşıya çıxan problemli məsələlərin həllinə hərtərəfli dəstək vermək tapşırılıb.

İxrac aktivliyinin göstəriciləri də analoji şəkildə öyrənilmişdir. Bildirilib ki, bu il noyabrın 1-inə olan məlumata görə, ixracın həcmi əvvəlki ilin göstəricilərini 30 faiz üstələyib.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/sovket-mirziyoyev-turkiyeye-sefer-edecek
Həmçinin bax: kafkazh.com/xrom

Translate »