Aprel 2, 2023

Özbəkistan 2022-ci ilin birinci rübündə 2,448 milyard dollar dəyərində xarici investisiya cəlb edib

Dünən Senatın beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm komitəsinin iclası keçirilib.

 

Turaz.org xəbər verir ki, 2022-2026-cı illər “İnsan Maraqlarının Təminatı və əlaqələrin möhkəmləndirilməsi İli”ndə parlamentin yuxarı palatasının informasiya xidmətinin məlumatına görə, iclasda Nazirlər Kabinetinin Yeni Özbəkistanın İnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının birinci rübündə icrasının yekunlarına dair hesabatı ətraflı nəzərdən keçirilib.

 

Bildirilib ki, xarici siyasət sahəsində dövlət proqramının icrası istiqamətində 130-dan çox səfər, görüş, onlayn danışıqlar və dəyirmi masa yüksək səviyyədə təşkil olunub. Özbəkistan MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatlarda işləri gücləndirib.

 

Bundan əlavə, yanvar-mart aylarında 2 milyard 448 milyon ABŞ dolları məbləğində xarici investisiyalardan istifadə olunub (proqnozun 167 faizi yerinə yetirilib). İxracatçı müəssisələrin dəstəklənməsi üçün 307 müəssisəyə ixracyönümlü ticarət əməliyyatları və ixracdan əvvəl maliyyələşdirmə kreditləri üçün 172 milyon ABŞ dolları ayrılıb.

 

Eyni zamanda, senatorlar “iqtisadi diplomatiya” tədbirlərinin və tərəfdaş ölkələrlə regionlararası əməkdaşlıq sazişlərinin və layihələrinin səmərəliliyinin təmin edilməsinin vacibliyini qeyd ediblər.

 

Bundan əlavə, Ali Məclis Senatının aprelin 28-29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılması planlaşdırılan qanunlara baxılıb. O cümlədən, komitənin fəaliyyət istiqamətləri əsasında “Beynəlxalq kommersiya arbitrajı haqqında” Özbəkistan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun müzakirə olunub.

 

Tərcüməçi: Həmidə İskəndərova

Həmçinin bax: tehsilim.org/nazire-nalar-gok-amea-huseyn-cavidin-ev-muzeyinde-qonaq-olub/

Həmçinin bax: turaz.org/milli-meclisin-novbeti-iclasinin-gundeliyi-aciqlanib-11/

Translate »