2022-2026-cı illərdə 15 yeni su elektrik stansiyasının (SES) tikintisi və mövcud beş SES-in təkmilləşdirilməsi planlaşdırılır ki, bu da ildə əlavə olaraq 868 min kilovatsaat elektrik enerjisi istehsalına imkan verəcək.
Turaz.org xəbər verir ki, “Özbəkhidroenerji” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əbduqani Sanginov bu gün qəzetdə dərc olunan məqaləsində bildirib ki, 2026-cı ilə qədər iqtisadiyyatın enerji səmərəliliyini 20% artırmaq, 20% yaşıl iqtisadiyyat texnologiyalarının bütün sahələrdə aktiv tətbiqi hesabına atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq üçün tədbirlər görmək planlaşdırılır.
2022-ci ildə Səmərqənd, Surxandərya və Daşkənd vilayətlərində gücü 173 MVt olan yeddi SES-in tikiləcəyi gözlənilir. 2023-cü ildə Daşkənd vilayətində bir SES-in modernləşdirilməsi başa çatdırılacaq və Qaşqadərya və Əndican vilayətlərində 29 MVt gücündə iki SES istifadəyə veriləcək.
Bununla yanaşı, 2024-cü ildə Əndican, Namanqan, Surxandərya və Daşkənd vilayətlərində bir SES modernləşdiriləcək və gücü 127,4 MVt olan dörd SES, 2025-2026-cı illərdə isə Kaşkədərya və Daşkənd vilayətlərində 544 MVt gücündə dörd SES istifadəyə veriləcək.
Tərcüməçi : Həmidə İskəndərova
Həmçinin bax :https://turaz.org/ozbekistanda-ehalinin-sixliginda-artim-musahide-edilib/
Son Xəbərlər
Alim Qasımov ABŞ-da konsert verib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”
Britaniya səfiri deputat Fazil Mustafaya qarşı terror aktını şiddətlə qınayıb