Dekabr 9, 2021

Özbəkistan 6 ölkə vətəndaşın Belarusiyaya hava tranzitini müvəqqəti dayandırıb

Özbəkistan bəzi Yaxın Şərq ölkələrinin vətəndaşlarının və Əfqanıstan vətəndaşlarının Belarusa hava tranzitini müvəqqəti olaraq məhdudlaşdırıb.

Turaz.org Özbəkistanın Mülki Aviasiya Agentliyinə istinadən verilən məlumata əsasən, xəbər verir ki, “Noyabrın 17-dən İraq, Suriya, Yəmən, Livan, Liviya və Əfqanıstan vətəndaşlarının Özbəkistan ərazisindən Belarusiyaya tranzit keçməsi müvəqqəti məhdudlaşdırılacaq”, – deyə məlumatda qeyd edilir.

Məlumata görə, aviaşirkətlər bu məhdudiyyəti nəzərə alaraq Özbəkistan ərazisindən tranzit reyslərə bilet satışı təşkil etməlidir.

Məhdudiyyət diplomatik pasport sahiblərinə və Belarusiyada yaşamaq hüququ olan vətəndaşlara şamil edilmir.

Bir neçə həftədir ki, əsasən Yaxın Şərqdən olan qaçqınlar Belarus-Polşa sərhədində təxribat törədir, Belarus vasitəsilə Avropa İttifaqı ərazisinə keçməyə çalışırlar. Nəticədə bəzi aviaşirkətlər İraq, Suriya və Yəmən vətəndaşlarını müvəqqəti olaraq Minskə uçuşlara qəbul etmirlər. Suriyadakı Cham Wings şirkəti Belarusa uçuşları dayandırıb.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozbekistan-ve-rusiya-arasinda-sazis-imzalanib
Həmçinin bax: kafkazh.com/ozbek-sair-suhrab-hemroevin-seirleri

Translate »