Dekabr 9, 2021

Özbəkistan 9 ayda 43 ölkəyə 105 milyon dollarlıq üzüm ixrac edib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Özbəkistan 43 xarici ölkəyə 105,2 milyon dollar dəyərində 140 min ton üzüm ixrac edib.

Turaz.org xəbər verir ki, hesabat dövründə Özbəkistanın əsas üzüm idxalçıları aşağıdakılardır:
-Rusiya – 58,1 min ton
-Qazaxıstan – 44,1 min ton
-Qırğızıstan – 15,3 min ton
-Çin – 6,5 min ton
-Türkiyə – 3 min ton
-Səudiyyə Ərəbistanı – 2,3 min ton
-Ukrayna – 2,2 min ton
-Belarusiya – 1,7 min ton
-İraq – 1,3 min ton
-Azərbaycan – 912,6 ton
-Almaniya – 807 ton

2021-ci ilin yanvar-iyun aylarında ölkədə 45 min 497 ton üzüm yetişdirilib. Sentyabrda üzümün qiyməti avqust ayı ilə müqayisədə orta hesabla 9,3% ucuzlaşıb.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/pensiya-fondu-ozbekistanda-orta-pensiya-meblegini-aciqlayib
Həmçinin bax: kafkazh.com/azerbaycan-xx-esrin-20-30-cu-illerinde

Translate »