Oktyabr 3, 2022

Özbəkistan Almaniya ilə hava əlaqəsini bərpa edir

Özbəkistan Almaniya ilə hava əlaqəsini bərpa edir

Xüsusi Respublika Komissiyasının 11 fevral tarixli iclasında əhalinin koronavirus infeksiyasına qarşı peyvənd edilməsi ilə bağlı davam edən işlər müzakirə edildi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda 21 dekabr 2020-ci ildə tətbiq olunan Almaniya ilə uçuşların dayandırılması ilə bağlı məhdudiyyət qaldırıldı.

Həmçinin, ölkədə epidemioloji vəziyyətin sabitləşməsini nəzərə alaraq Xüsusi Respublika Komissiyası əhali üçün mədəni tədbirlərin təşkili qaydasını müəyyən etmişdir. Ancaq insanlar sanitariya və gigiyena qaydalarına riayət etməli və sosial məsafəni saxlamalıdırlar.

Nazirliyin son məlumatlarına görə, İngiltərə, İtaliya, Danimarka, Avstriya, Avstraliya, Hollandiya və Cənubi Afrika Respublikasından Özbəkistana giriş qadağası yaza qədər qüvvədə qalacaq.


Müxbir: Turaz.org xüsusi müxbiri Aytac Cəfərova
Tərcüməçi: Şirinzadə Aliyə

Həmçinin bax: Turaz.org/Lenkeran-ve-kurdemirde-mekteb-acilisi

Həmçinin bax: tehsilim.org/magistraturaya-sened-qebulu-elan-edilir/

Translate »