May 17, 2022

Özbəkistan baş nazirinin müavini Əfqanıstanın baş naziri və müavini ilə görüşüb

Fevralın 22-də Kabilə qısamüddətli səfəri çərçivəsində Özbəkistanın baş nazirinin müavini – investisiyalar və xarici ticarət naziri Sərdar Umurzakov Əfqanıstanın baş naziri vəzifəsini icra edən Molla Məhəmməd Həsən Axund və baş nazirin müavini Əbdül Salam Hənəfi ilə görüşüb.

Turaz.org Kun.uz-a istinadən xəbər verir ki, görüşdə qarşılıqlı ticarətin həcminin artırılması, ticarət və nəqliyyat maneələrinin aradan qaldırılması üzrə prioritet vəzifələr müzakirə olunub.

Bununla əlaqədar öz ərazisində logistika mərkəzini, istehsal və anbar obyektlərini, satış məntəqələrini və lazımi infrastrukturu birləşdirən “Termiz” Beynəlxalq Ticarət Mərkəzinin imkanlarından istifadə edilməsi təklif olunub.

Termiz-Məzari-Şərif-Kabil-Pişəvər trans-Əfqan dəmir yolu layihəsinin, eləcə də Surxan-Puli-Xumri elektrik xəttinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Əfqanıstan tərəfi bu sahədə əməkdaşlığı davam etdirməyə və layihələrin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduğunu bildirib.

Həmçinin Məzari-Şərif beynəlxalq hava limanının bərpası çərçivəsində görülən işlərə, eləcə də yerli mütəxəssislərdən texniki kadrların hazırlanması üçün təşkil olunan təlim kurslarına görə Özbəkistana təşəkkür ediblər.

Görüşün yekununda tərəflər Özbəkistan-Əfqanıstan əməkdaşlığının daha da dərinləşdirilməsi ilə bağlı bütün məsələlərin həllini sürətləndirmək məqsədilə dialoqun inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/rusiya-ukraynanin-separatci-regionlarinin-musteqilliyini-taniyib
Həmçinin bax: kafkazh.com/sintaktik-butovlerin-qrammatik-semantikasi

Translate »