Aprel 2, 2023

Özbəkistan Əfqanıstanda baş verən terror aktlarını qınayıb

Qardaş ölkə Özbəkistanın Xaric İşlər Nazirliyi Əfqanıstanın bir sıra şəhərlərində ard-arda baş verən terror aktlarını qınayıb.

Turaz.org xəbər verir ki, Özbəkistan XİN-dən verilən bəyanatda: “Baş verən terror aktları Əfqanıstanda sülhə və əmin-amanlığa zərbə vurur. Terror aktlarında həyatını itirən insanların ailələrinə və sevənlərinə səbir və baş sağlığı diləyirik.”-deyilib.

Translate »