Özbəkistan Əşrəf Qaninin Daşkənddə olması ilə bağlı yayılan xəbərləri təkzib edir.
Turaz.org xəbər verir ki, Dunyo informasiya agentliyi bildirilən məlumata görə, Özbəkistan ərazisində heç bir əfqan etnik qrupunun lideri və ya nümayəndəsi yoxdur.
“Son vaxtlar sosial mediada bəzi əfqanların və etnik qrupların liderlərinin Özbəkistan ərazisində olması barədə xəbərlər yayılıb. Xüsusilə Əşrəf Qani, Əbdül Rəşid Dostum, Ata Məhəmməd Nur və başqalarının adı çəkilir. Lakin bu cür məlumatların heç bir əsası yoxdur ”, – deyə hesabatda deyilir.
Taliban avqustun 15-də Kabili mühasirəyə aldıqdan sonra, 2014-cü ildən ölkəni idarə edən prezident Əşrəf Qani təyyarə ilə Əfqanıstanı tərk etsə də, harada olduğu hələ də məlum deyil. Mətbuatda yayılan məlumatlara görə, o, Orta Asiya ölkələrindən birinə gedib.
“New York Times” qəzeti, Doha danışıqlarında Əfqanıstan nümayəndə heyətinin üzvlərindən birinə istinadən, Qaninin həyat yoldaşı və iki müşaviri ilə Özbəkistana getdiyini yazıb. Prezidentin mühafizəçisi daha sonra Əl Cəzirəyə Qaninin Daşkəndə uçduğunu təsdiqləyib.
Ancaq həm Özbəkistan, həm də digər iki Orta Asiya dövləti, Tacikistan və Qazaxıstan, Qaninin ölkələrinə səfər etməsi ilə bağlı xəbərləri təkzib edib.
Mətbuatda onun Oman Sultanlığında ola biləcəyi ilə bağlı şayiələr dolaşır.
Həmçinin avqustun 15-nə keçən gecə Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərini müdafiə edən Əbdül Rəşid Dostum və bölgədəki Tacikistan lideri Ata Məhəmməd Nurun helikopterlə Özbəkistana çəkildiyi bildirilib.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/pakistanin-efqanistandaki-sefiri-kabile-geri-donub
Həmçinin bax: kafkazh.com/usaqlar-dili-nece-oyrenirler
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib