Mart 30, 2023
Özbəkistan

Özbəkistan hakimiyyəti ziyarətçilərə müvəqqəti qeydiyyatın qaydalarını xatırladıb

 

2020-ci ilin sentyabrında hökumət “Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Özbəkistan Respublikasında qeydiyyata alınması prosedurunun sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” qərar qəbul edib”- deyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Turaz.org bildirir ki, sənədə əsasən, Özbəkistan Respublikasında müvəqqəti olan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər milli pasport və ya səyahət sənədi ilə müvəqqəti qeydiyyat əsasında yaşayırlar.

Müvəqqəti qeydiyyat xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Özbəkistana daxil olduqdan sonra 3 iş günü ərzində Miqrasiya və vətəndaşlıq şöbələrinə müraciət etməklə həyata keçirilir. Müvəqqəti qeydiyyat müddəti bu şəxsin Özbəkistanın dövlət sərhədinin buraxılış məntəqəsindən keçdiyi gündən sonrakı gün saat 00:01-dən hesablanır.

Translate »