Oktyabr 2, 2022

Özbəkistan həbs olunanların vəkillərinin iştirakı olmadan dindirilməsini qadağan edib

Prezident Şövkət Mirziyoyev “Özbəkistanın Cinayət və Cinayət Prosessual məcəllələrində dəyişiklik və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.

Turaz.org xəbər verir ki , Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliyə görə, şəxsin həbs edildiyi və ya tutulması ilə əlaqəli əməliyyat-axtarış tədbirləri faktiki olaraq başa çatdığı andan etibarən şəxs məhkəmə iclasından əvvəl vəkil ilə təkbətək görüşə bilər.

Bundan əlavə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların vəzifəli şəxsləri tərəfindən şübhəli, təqsirləndirilən və ya təqsirləndirilən şəxsdən ifadələr, izahatlar yaxud ifadə alınması sorğu verən, müstəntiq, prokuror və ya hakimin yazılı icazəsi əsasında və yalnız müdafiəçinin iştirakı ilə (müdafiəçinin vəsatəti rədd edilməsi halları istisna olmaqla) həyata keçirilməlidir.

Həmçinin, Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklərə görə, həbs müddəti şəxsin tutulduğu andan etibarən 48 saatdan çox olmamaqla hesablanmalıdır. Əvvəllər bu müddət məhbusun daxili işlər orqanı yaxud digər hüquq mühafizə orqanlarına gətirildiyi andan hesablanırdı.

Tərcüməçi: Şirinzadə Aliyə

Həmçinin bax: turaz.org/alimler-dunyada-koronavirusdan-da-tehlukeli-pandemiya-olacaq/

Həmçinin baxtehsilim.org/azerbaycan-ile-turkiye-arasinda-pese-tehsili-sahesinde-emekdasliga-dair-protokol-imzalanib/

Translate »