İyun 2, 2023

Özbəkistan kiçik su elektrik stansiyaları inşa edəcək

Özbəkistan bu il 50 kiçik su elektrik stansiyasının tikintisinə başlamağı planlaşdırır.

Turaz.org bildirir ki, Şövkət Şirzadın sədrliyi ilə yenilənə bilən enerji mənbələrindən geniş istifadə tədbirləri ilə bağlı videokonfrans keçirilib.

Prezident sözcüsü Şirzad Əsədovun sözlərinə görə, görüşdə regionlarda mikro və kiçik su elektrik stansiyalarının tikintisi üçün ərazilər müəyyənləşdirilib və ümumi gücü 56 meqavat (ildə 202 milyon kilovat/saat elektrik enerjisi) olan ümumilikdə 200 layihə hazırlanıb.
Bildirilir ki:
1. Su elektrik stansiyalarının 500 kilovat-a qədər istehsal etdiyi elektrik enerjisinin ilkin alış qiyməti sahibkarlar üçün əlverişli tariflərlə müəyyən edilir;
2. Layihə üçün torpaq sahəsi hərracın qalibinə uzunmüddətli icarəyə veriləcək.
Eyni zamanda, 1 meqavata qədər günəş və külək, 5 meqavata qədər mikro su elektrik stansiyalarına ən azı 10 il dövlət zəmanəti veriləcək.
İlin sonuna kimi Əndican vilayətində 15, Namanqanda 10, Kaşkədərya, Surxandərya, Daşkənd vilayətlərində 6, Səmərqənd, Sırdərya 2, Buxara, Cizzəx və Fərqanədə 1 layihənin icrasına başlanılması tapşırılıb.
Ümumilikdə, ölkənin idroenergetika potensialını nəzərə aldıqda özəl tərəfdaşlıq layihələrinin icrasına başlanılması tapşırılıb.

Tərcümə: Yusubova Nigar
Həmçinin bax: turaz.org/tokayev-rusiya-ve-irana-sefer-edecek
Həmçinin bax: kafkazh.com/millet-lll-hisse

Translate »