Sentyabr 30, 2022
Özbəkistan bayrağı

Özbəkistan Mərkəzi Asiyanın ən təhlükəsiz ölkəsi kimi tanınıb

 Qlobal Sülh İndeksinə görə Özbəkistan Mərkəzi Asiyanın ən təhlükəsiz ölkəsi kimi tanınıb.

Turaz.org xəbər verir ki, bu indeks ilk dəfə 2007-ci ilin may ayında hazırlanıb. Bu dünya ölkələrinin həyat təhlükəsizliyininə görə sıralamaq üçün ilk cəhd idi. İdeyanın müəllifi xüsusilə Dalay Lama və ABŞ-ın keçmiş prezidenti Cimmi Karter tərəfindən bəyənilən avstraliyalı iş adamı Stiv Killeledir.
Qlobal Sülh İndeksi reytinqi hər il Sülh İnstitutunun beynəlxalq ekspert qrupunun sosioloqları və iqtisadçıları, Sidney Universitetinin Sülh və Münaqişələrin Araşdırmaları Mərkəzi ilə birlikdə hazırlanır.
Yekun rəqəmləri müəyyənləşdirmək üçün mütəxəssislər aşağıdakı göstəriciləri araşdırırlar : xarici və daxili münaqişələr, onların intensivliyi və qurbanların sayı, qonşu ölkələrlə münasibətlər, əhali arasında qaçqınlara münasibət, vətəndaşlar arasında inamsızlığın səviyəsi, siyasi qeyri-sabitlik və ictimai asayiş, siyasi terror, terror hücumarının tez-tez baş verməsi, 100000 nəfərə düşən cinayətlərin sayı, məhbusların sayı, ağır cinayətlərin hesabatı, hüquq mühafizə orqanlarının sayı, hərbi xərclərin ÜDM-də payı, silahların idxalı və ixracı,BMT və ya digər qüvvələrin kontingentlərində iştirak, odlu silahın olması və ağır silahların miqdarı, silahlı qüvvələrin modernləşdirilməsi.
2022- ci il üzrə göstəricilərdə Əfqanıstan siyahıda olan 163 ölkə arasında ən sonuncudur. Rusiya 160-cı yerdədir. Rusiya Silahlı Qüvvələrinin 6 aydır xüsusi hərbi əməliyyatlar apardığı Ukrayna 153-cü sıradadır. Bu 3 ölkə ən təhlükəli ölkələr sırasındadır.
Mərkəzi Asiyanın ən təhlükəsiz ölkələri kimi Türkmənistan 104, Qazaxıstan 97, Tacikistan 92, Qırğızıstan 91 və Özbəkistan 86-cı sıradadır.
Qeyd edilməlidir ki, Mərkəzi Asiyadakı respublikalar İsrail, ABŞ və Türkiyə kimi ölkələrdən daha təhlükəsizdir
İndeksin ən üst 3 mövqelərini İslandiya, Yeni Zelandiya və İrlandiya tutur.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi :Nigar Yusubova

Translate »