Dekabr 4, 2022

Özbəkistan nümayəndə heyəti Əfqanıstan üzrə məsləhətləşmələrə dair Moskva formatının 4-cü iclasında iştirak edir

Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla İrqaşevin başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan üzrə məsləhətləşmələrin Moskva formatının növbəti iclasında iştirak edib.

 

 

Turaz.org xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı görüş iştirakçıları Əfqanıstan məsələsinin həlli, ölkəyə ən qısa zamanda humanitar və digər yardımların göstərilməsi istiqamətində beynəlxalq səyləri müzakirə ediblər.

Tərəflər, həmçinin Əfqanıstandakı mövcud vəziyyət, ölkənin yeni hakimiyyət orqanlarına münasibətdə beynəlxalq ictimaiyyətin vahid mövqelərinin gücləndirilməsi, Əfqanıstanda davamlı və uzunmüddətli sülhün bərqərar olması perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Əfqanıstanın iqtisadi dirçəlişinə, ölkədə müxtəlif infrastruktur layihələrinin, xüsusilə enerji və nəqliyyat-kommunikasiya sektorunda həyata keçirilməsinə yardım göstərilməsinin vacibliyi qeyd edilib.

Tədbirin ardından iştirakçıların Özbəkistan tərəfinin BMT-nin himayəsi altında Beynəlxalq Danışıqlar Qrupunun yaradılması təklifini dəstəklədikləri birgə bəyanat qəbul edilib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/qazaxistan-xin-rehberi-tleuberdi-qazaxistan-ai-ye-onun-genismiqyasli-siyasi-transformasiyalarina-verdiyi-desteye-gore-minnetdardir/

Translate »