Oktyabr 3, 2022
Özpəkistan Pakistan danışıqları

Özbəkistan Pakistana humanitar yardım göndərib

Özbəkistan Pakistana humanitar yardım edib. Yardım misli görünməmiş musson yağışları nəticəsində əhalisi güclü daşqınlardan əziyyət çəkən Pakistana qardaşlıq yardımı göstərmək məqsədilə verilib.

Turaz.org bildirir ki, humanitar yardım bu gün Daşkənddən Pakistana göndərilib və hərbi hava nəqliyyatı ilə Pakistana 40 tona yaxın yük çatdırılıb. Pakistana göndərilən yardıma ərzaq, o cümlədən bitki yağı, un, düyü, ət konservləri, qənnadı məmulatları və makaron məmulatları, həmçinin isti yorğan və digər mallar daxildir.

Pakistanda son bir neçə həftə ərzində misli görünməmiş musson yağışları və daşqınlar 30 milyondan çox insana ziyan vurub. Ən çox ölkənin qərbində və cənubunda yerləşən Bəlucistan və Sind əyalətləri zərər çəkib və yüz minlərlə insan evsiz qalıb.

KİV-in məlumatına görə, Pakistan yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. Güclü yağışlar və onların törətdiyi kütləvi daşqınlar nəticəsində mindən çox insan həlak olub.

Tərcümə:Günay Xankişiyeva

Translate »