Sentyabr 30, 2022

Özbəkistan portalı Livan erməniləri ilə bağlı məqalə yayıb

Özbəkistan portalı Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi cəhdləri ilə bağlı məqalə yayıb

Özbəkistanin interpress.uz portalında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Livan ermənilərinin qanunsuz məskunlaşdırılması cəhdləri ilə bağlı məqalə verilib.
AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın Livanda baş vermiş partlayışdan sonra erməni əsilli livanlıların Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsi ilə bağlı şərhinə istinad edilir: “İlk dəfə deyil ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır”.
Qeyd olunur ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulması deməkdır.
Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

Mənbə: azertag.az
Müxbir: Jalə Hüseynova

Həmçinin bax:https://kafkazh.com/11216-2-qarabag-qazisi-ile-musahibe/https://turaz.org/turaz-qartali-telimleri-ugurla-davam-edir/

Həmçinin bax :https://turaz.org/azərbaycanin-mudafiə-naziri-turkiyədə-isguzar-səfərdədir/

Translate »