Özbəkistan “S. Nəcimov” və Qazaxıstanın “Qazıqurd” keçid məntəqələrinin vasitəsilə vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti bir günlüyünə məhdudlaşdırılacaq.
Turaz.org bildirir ki, oktyabrın 6-sı saat 09:00-dan 7 oktyabr saat 09:00-dək “S. Nəcimov” və ona bitişik “Qazıqurd” məntəqələri vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün bağlı olacaq. Müvəqqəti bağlanma “Uztransqaz” SC-nin iki dövlətin keçid məntəqələri arasından keçən qaz borularının hidravlik sınaqlarını həyata keçirməsi ilə əlaqədardır. Özbəkistan-Qazaxıstan sərhədindəki digər nəzarət-buraxılış məntəqələri adi rejimdə fəaliyyətini davam etdirəcək.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib