İyun 8, 2023

Özbəkistan- Qazaxıstan sərhədinin demarkasiyası ilə bağlı ortaq razılıq əldə olunub

Özbəkistan və Qazaxıstan arasında dövlət sərhədinin demarkasiyasına dair saziş layihəsi hazırlanıb.

Turaz.org bildirir ki, sənədə əsasən, dövlət sərhədinin demarkasiya xəttinin uzunluğu 2356,666 km-dir. Tərəflər dövlət sərhədində 1301 sərhəd nişanı quraşdırıblar. Saziş qüvvəyə mindikdən sonra tərəflərin hər 10 ildən bir dövlət sərhədinin təyin olunmasını birgə yoxlamasını nəzərdə tutur.

Tərəflərin razılığı ilə çekin şərtləri dəyişdirilə bilər. Sənəddə qeyd olunur ki, tərəflərdən heç biri birtərəfli qaydada dövlət sərhədi haqqında müqavilədə nəzərdə tutulmayan dövlət sərhədini qeyd edən nişanları quraşdıra bilməz. Sazişin imzalanması haqqında fərman layihəsi Qazaxıstan prezidentinin baxılması üçün təqdim edilib.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyev

Həmçinin bax: https://turaz.org/qirgizistanin-tokmok-seherinde-telim-teyyaresi-qezaya-ugrayib/

Translate »