Oktyabr 4, 2022

Özbəkistan Qazaxıstana geyim ixracını artırıb

Qardaş ölkə Özbəkistan digər qardaş ölkə Qazaxıstana geyim ixracını artırıb.

Turaz.org xəbər verir ki, Qazaxıstan 2020-ci ildə ölkə ərazisinə 77.2 ton geyim idxal edib. Bunlardan 13 tonu Özbəkistanın payına düşür. Bu göstərici 2019-cu illə müqayisədə 27.2% artıb.

Qeyd edək ki, Qazaxıstana ən çox paltar ixrac edən ölkələr Çin, Özbəkistan, Rusiya, Banqladeş və Qırğızıstandır. Türkiyənin ixracı isə 2019-cu ilə nisbətən azalaraq 15.3%-ə düşüb.

Translate »