Oktyabr 22, 2021

Özbəkistan Qlobal Mütəşəkkil Cinayətkarlıq İndeksində 90-cı yerdədir

Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs Beynəlxalq Təşkilatı mütəşəkkil cinayətkarlığın səviyyəsini və mütəşəkkil cinayətkarlığa qarşı müqavimətini qiymətləndirən indeksin ilk nəşrini buraxıb.

Turaz.org xəbər verir ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs Beynəlxalq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının bütün üzv ölkələrində mütəşəkkil cinayətkarlığın səviyyəsini və mütəşəkkil cinayətkarlığa qarşı müqavimətini qiymətləndirən məlumatlara əsaslanan unikal bir vasitə olan Qlobal Mütəşəkkil Cinayətkarlıq İndeksinin ilk nəşrini çap edib. Hər bir ölkəyə 1-dən 10-a qədər bir cinayətkarlıq balı ilə birlikdə mübarizə balı verilir.

Məlumatların nəticələri və təsirləri Qlobal Mütəşəkkil Cinayətkarlıq İndeksi 2021 adlı bir hesabatda təqdim olunur və eyni zamanda interaktiv veb sayt vasitəsində təqdim olunur. Yaradıcılar bu məlumatları paylaşaraq daha yaxşı siyasət hazırlamağa və beynəlxalq, milli və regional səviyyələrdə mütəşəkkil cinayətkarlığa təsirli reaksiyalar qurmağa töhfə verməyi ümid edirlər.

Sənəddə Özbəkistan 193 ölkə arasında 90-cı yerdə qərarlaşıb və 4,97 bal toplayıb. Qonşu dövlətlərdən Qazaxıstan 133 (4,27), Qırğızıstan-72 (5,33), Türkmənistan-113 (4,62) və Tacikistan-62 (5,62), Rusiya 32-ci (6,24) yerdədir.

Reytinqdə birinci yeri Konqo Demokratik Respublikası (7,75) tutub, Kolumbiya (7,66) və Myanma (7,59) ikinci və üçüncü yerlərdədir. TOP-10 cinayət ölkələri siyahısına Meksika, Nigeriya, İran, Əfqanıstan, İraq, CAR və Honduras daxildir.

Reytinqin sonuncusu (1,54) ( 193) olan Sakit okean Tuvalu əyalətində cinayət nisbəti ən aşağıdır.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/azerbaycanda-bezi-universitetlerin-nezdindeki-kollecler-yeniden-teskil-edilir
Həmçinin bax: kafkazh.com/dunyada-bas-veren-miqrasiya-prosesleri

Translate »