May 16, 2022

Özbəkistan Rusiyaya təbii qaz ixracını tamamilə dayandırıb

 

İndi bütün qaz daxili tələbatın mövsümi pik həddini ödəməyə yönəldilib.

Turaz.org Özbəkistan Energetika Nazirliyinə istinadən xəbər verir ki, Özbəkistan Rusiyaya təbii qaz ixracını tamamilə dayandırıb.

Energetika Nazirliyi ixracın tamamilə deyil, yalnız Rusiyaya dayandırılacağına aydınlıq gətirib.

İndi Rusiyaya qaz nəqli həyata keçirilmir və onların 2022-ci ildə bərpası nəzərdə tutulmur. Nazirlik əlavə edib ki, bütün həcm daxili istehlakın mövsümi pik həddini əhatə etməyə yönəlib.

“Qazprom”un məlumatına görə, 2018-ci ildə Özbəkistan Rusiyaya 3,8 milyard kubmetr qaz satıb, 2019-cu ildə isə bu həcmi 4,9 milyard kubmetrə çatdırıb. Lakin 2020-ci ildə mavi yanacağın Rusiya istiqamətinə ixracı dayanıb və öz ixracatçısından Özbəkistan idxalçıya çevrilib.

Eyni zamanda, Çinə ixrac hətta artıb. ÇXR gömrük idarəsinin məlumatına görə, 2020-ci ildə 3,27 milyard kubmetr, 2021-ci ilin 10 ayında isə 4,02 milyard kubmetr təbii qaz tədarük edilib.

BP-nin statistikası göstərir ki, 2020-ci ildə Özbəkistanda qaz hasilatı 18% azalıb. Əgər 2019-cu ildə 57,3 milyard kubmetr hasil edilibsə, bir il sonra 47 milyard kubmetr hasil edilib. Eyni zamanda, istehlak cəmi 3,4% azalaraq 44,4 milyard kubmetrdən 43 milyard kubmetrə düşüb.

Prezident Şövkət Mirziyoyev 2021-ci ilin sonunda Özbəkistan GTL zavodunun açılışında demişdi ki, qaz xaricə satmaq əvəzinə yerli emal olunacaq ki , xalq faydalansın.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Aliyə Şirinzadə

Translate »