Fevral 2, 2023

Özbəkistan səfirliyi Malayziyaya səfər etməyi planlaşdıran vətəndaşları yeni tələblər barədə məlumatlandırır

Özbəkistanın Malayziyadakı səfirliyindən verilən məlumata görə, cari ilin noyabr ayında “Özbəkistan Hava Yolları” aviaşirkətinin “Daşkənd – Kuala-Lumpur – Daşkənd” marşrutu üzrə müntəzəm reyslərini bərpa etdikdən sonra müxtəlif məqsədlər üçün bu ölkəyə gedən ölkə vətəndaşlarının sayında artım müşahidə olunur.

Turaz.org əldə etdiyi məlumata istinadən xəbər verir ki, hazırda Özbəkistan vətəndaşlarından Malayziyaya 30 günə qədər viza tələb olunmur. Malayziyanın miqrasiya qanunvericiliyinə uyğun olaraq, Özbəkistandan gələn vətəndaşlar aşağıdakıları təqdim etməlidirlər: etibarlılıq müddəti 6 aydan az olmayan beynəlxalq pasport; bu ölkəyə daxil olduğu tarixdən etibarən 30 gün ərzində üçüncü ölkəyə qayıtmaq üçün aviabilet.

Həmçinin pasport yoxlanışından keçərkən vətəndaşlardan mehmanxana (yataqxana) rezervasiyası və ölkədə qalmaları üçün kifayət qədər vəsaitin olmasını təsdiq edən sənəd tələb oluna bilər.

Zəruri hallarda Malayziyanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin nümayəndələrinin sərhəd-keçid məntəqələrində (Kuala Lumpur Beynəlxalq Hava Limanı və s.) xarici vətəndaşların ölkəyə girişindən imtina etmək hüququ vardır.

Özbəkistanın Kuala Lumpurdakı səfirliyi Malayziyaya getməyi planlaşdıran vətəndaşları yerli hakimiyyət orqanlarının yuxarıdakı tələblərini nəzərə almağa çağırıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/dekabrin-9-da-biskekde-aib-sammiti-kecirilecek/

Translate »