Oktyabr 20, 2021

Özbəkistan sərhədini keçərkən əfqanlar hiyləgərlik edir

Media Əfqanıstan vətəndaşlarının rəsmi olaraq Özbəkistan sərhədini nə qədər hiyləgər şəkildə keçdiyini təsvir edib.

Turaz.org xəbər verir ki, Əfqanıstan vətəndaşları Özbəkistandan üçüncü ölkələrə uçan bir təyyarə bileti alır və sərhədi keçərkən təqdim edirlər.

Ancaq hər kəs onlardan istifadə etmir. Vəziyyətlə tanış olan bir mənbə, bir çoxlarının sadəcə Özbəkistan ərazisində əsasən də Termizdə qaldığını söyləyib.

Belə ağıllı sərhəd keçmə mexanizminin daha tez -tez baş verdiyi qeyd olunur.

Nəşr, yeni bir qaçqın axını olacağını proqnozlaşdırır, çünki Talibanın vədlərinə baxmayaraq, bütün Əfqanıstan vətəndaşları öz siyasətlərini və ideologiyalarını bölüşmürlər.

“İndi malları olan yük maşınları, eləcə də Əfqanıstan nömrələri olan avtomobillər Özbəkistana və əks istiqamətə gedir. Sarı nişanlı avtomobillər burada yaşamaq icazəsi olanlara məxsusdur – sərbəst şəkildə respublikaya gələ bilərlər ” – deyilir.

Daha əvvəl Əfqanıstandan olan qaçqınların Amudəryanın ortasında dayandığı yerdə Özbəkistan-Əfqanıstan sərhədini plastik butulkalardan hazırlanan sallarla keçdiyi bildirilib.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/talibler-efqanistanin-20-den-cox-eyaletinin-memurlari-ile-gorusecekler/

Translate »