İyul 4, 2022

Özbəkistan turizm statistikasını açıqlayıb

Aprel ayında Özbəkistana nə qədər və ən çox hansı ölkədən turist gəldiyi bildirilib.

Turaz.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin aprel ayında Özbəkistana turizm məqsədilə 269,2 min əcnəbi səfər edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 181,4 min nəfər və ya 3 dəfə artdığı qeyd edilib. Aprel ayında Özbəkistana ən çox turist-81,2 min nəfər Qazaxıstandan gəlib Sonrakı yerləri müvafiq olaraq 69,9 min və 69,1 min turistlə Tacikistan və Qırğızıstan tutub.

Ölkələr üzrə bu göstərici aşağıdakı kimidir:

Rusiya – 29,3 min nəfər;
Türkiyə – 4,5 min nəfər;
Almaniya – 1,4 min nəfər;
Fransa – 1,2 min nəfər;
Belarusiya – 1,2 min nəfər;
Koreya – 900 nəfər;
Böyük Britaniya – 800 nəfər;
İspaniya – 700 nəfər;
ABŞ – 700 nəfər;
İtaliya – 500 nəfər.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Özbəkistandakı xarici müəssisələrin sayına görə hələ də liderdir.

Tərcümə: Yusubova Nigar
Həmçinin bax: turaz.org/tokayev-rusiya-ve-irana-sefer-edecek
Həmçinin bax: kafkazh.com/aile-deyerleri

Translate »