Noyabr 28, 2022
Özbəkistan

Özbəkistan Ümumdünya Ticarət Təşkilatına qoşulmaq üçün əsas vəzifələri tamamlayır

 

Özbəkistan Respublikası Baş naziri- İnvestesiya və Xarici Ticarət üzrə nazir Cəmşid Xocayevın sədrliyi altında Ümumdünya Ticarət Təşkilatı ilə iş üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

Turaz.org xəbər verir ki, iclas zamanı Özbəkistanın ÜTT-yə qəbul edilməsi ilə bağlı işlərin hazırkı vəziyyəti və bu qəbul üzrə işçi qrupun VI iclasının təşkilinin hazırlıq prosesi müzakirə edilib.
İlin sonuna qədər ölkənin ÜTT-yə daxil olması çərçivəsində əsas vəzifələr müəyyən edilib.
İdarələrarası Komissiyanın üzvlərinə işçi qrupun altıncı iclasına vaxtında və keyfiyyətli hazırlaşmaq tapşırılıb. Həmçinin ikitərəfli danışıqlar çərçivəsində ÜTT-yə üzv ölkələrin müraciətlərinə xüsusi diqqət yetirilməli olduğu vurğulanıb.
İclasın yekunları üzrə Özbəkistanın ÜTT-yə daxil olması çərçivəsində ilkin öhdəliklərin formalaşdırılması, həmçinin ÜTT-yə üzv dövlətlərlə tezliklə ikitərəfli danışıqların aparılması barədə qərarlar qəbul edilib.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »