Dekabr 9, 2022

Özbəkistan və Azərbaycanın müdafiə nazirləri 2023-cü il üçün əməkdaşlıq planı imzalayıblar 

Oktyabrın 19-da Özbəkistanın müdafiə naziri Bahadır Qurbanov və Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Bakıda keçirilən görüşündə 2023-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

 

Turaz.org Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivlərini, regional təhlükəsizlik və digər məsələləri müzakirə ediblər. Bahadır Qurbanov Azərbaycan və Özbəkistan arasında müdafiə sahəsində əməkdaşlığın hər iki ölkənin ordusunun daha da güclənməsinə xidmət etdiyini vurğulayıb. O, həmçinin Azərbaycana səfərindən məmnunluğunu qeyd edib, səmimi qəbula görə minnətdarlığını bildirib və onu qarşıdan gələn Qələbə Günü (İkinci Qarabağ Müharibəsində Qələbə ilə əlaqədar noyabrın 8-də qeyd olunan gün) münasibətilə təbrik edib. Özbəkistanın nümayəndə heyəti Azərbaycanın Mərkəzi Komandanlıq Mərkəzində idarəetmənin texniki imkanları ilə tanış olub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/qeter-batken-sakinleri-ucun-sosial-sehercik-tikmekde-yaxindan-komeklik-gosterecek/

Translate »