İnnovativ İnkişaf Nazirliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olub və BƏƏ İnnovasiya Mərkəzinin nümayəndələri ilə görüşüb.
Turaz.org xəbər verir ki, görüşdə Özbəkistan tərəfi BƏƏ İnnovasiya Mərkəzinin nümayəndələrini bu ilin oktyabrında keçiriləcək Innoweek.uz 2022-yə dəvət edib. Nazirlikdən verilən məlumata görə, Daşkənddə keçiriləcək tədbir çərçivəsində ikitərəfli əməkdaşlıq sazişlərinin imzalanması gözlənilir.
BƏƏ-də nümayəndə heyətinin üzvləri Dubay Gələcək Laboratoriyasında yaradılmış imkanlarla yaxından tanış olublar. Görüş zamanı robototexnika və digər texnologiyalarla maraqlanan gənclərin qısamüddətli təlim proqramlarına göndərilməsi məsələsi müzakirə olunub.
Tərəflər Aral dənizi regionunda quraqlığa davamlı bitki sortlarının yetişdirilməsi və kənd təsərrüfatında istifadəsinə dair birgə tədqiqatların təşkili, layihənin birgə maliyyələşdirilməsi imkanlarının öyrənilməsi barədə razılığa gəliblər.
Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/abs-sefirliyinin-konsulluq-bolmesi-pulsuz-onlayn-qeyri-immiqrasiya-viza-teyinat-yerleri-acir
Həmçinin bax: kafkazh.com/qorqud-toponimi-haqqinda-3-fikir
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib