Fevral 7, 2023

Özbəkistan və Çin elektronika və innovasiya texnologiyalar sahəsində əməkdaşlığı gücləndirir

Özbəkistan səfirliyi İnvestisiya və Xarici Ticarət Nazirliyinin nümayəndəliyi, “Uzeltexsanoat” Assosiasiyası və Çin Avadanlıq və Elektrik Mühəndisliyi İxrac və İdxal Palatası ilə birlikdə müvafiq şöbə və şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün onlayn görüş keçirib.

Turaz.org Kun.uz-a istinadən xəbər verir ki, görüş zamanı elektronika və innovativ texnologiyalar sahəsində qarşılıqlı əlaqələrdən bəhs edilib və qarşılıqlı məhsuldar istehsal layihələrinin birgə həyata keçirilməsi potensialı təqdim edilib.

Perspektivli layihələr və texnologiyalar haqqında məlumat mübadiləsi mexanizminin yaradılması, investisiyaların cəlb edilməsi üzrə məsləhətlərin verilməsi, ticarətin inkişafı, birgə sərgilərin təşkili və keçirilməsi, habelə potensial tərəfdaş şirkətlər üçün təkliflərin yaradılması kimi sahələrdə əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılıq əldə olunub. Görüşün yekunları üzrə tərəflər may ayında iki ölkənin profil şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılığa gəliblər.

Tərcümə: Nigar Yusubova
Həmçinin bax: turaz.org/ozbekistan-ve-hindistan-elektrotexnika-sahesinde-emekdasligi-muzakire-edibler
Həmçinin bax: kafkazh.com/ozbek-sairi-ulugbek-hemdemin-seirleri

Translate »