Oktyabr 2, 2022
Özbəkistan və Hindistan arasında danışıqlar

Özbəkistan və Hindistan silahlı qüvvələri qarşılıqlı əlaqəni gücləndirir

 

Özbəkistan Respublikasının Silahlı Qüvvələri Strateji və Regional Araşdırmalar İnstitutunun ekspertləri və Hindistan Milli Müdafiə Kollecinin nümayəndələrinin görüşünə ev sahibliyi edib.

Turaz.org “UzA”-ya istinadən bildirir ki, tərəflər hərbi və hərbi-texniki əməkdaşlıq daxil olmaqla, Özbəkistan və Hindistan arasında əlaqələrin vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Özbəkistan Repsublikasının prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun director müavini Babur Usmanov iki ölkənin profil strukturları arasında daim inkişaf edən elmi əməkdaşlığın olduğunu vurğulayıb.
Təhlükəsizliyə qarşı mövcud çağırışlar və təhdidlərdən danışarkən cənab Usmanov qeyd edib ki, Özbəkistan həm regional, həm də beynəlxalq şəkildə siyasi, diplomatic,iqtisadi və hərbi xarakterli cəhdlər göstərir.
Hindistan və Özbəkistan 2019 və 2021-ci illər uğurlu birgə antiterror təlimləri həyata keçirib. Bu ilin mart ayında “Dustlik-III” (Dostluq) təlimləri Özbəkistan keçirilib.
Görüş iştirakçıları ümumiləşdiriblər ki, Özbəkistan və Hindistanın təhlükəsizlik sahəsindəki ortaq maraqları və imkanları uzun müddət ərzində iki dövlət arasında çoxşaxəli qarşılıqlı əlaqəyə yeni təkan vermək üçün möhkəm təməl yaradır.
Bu cür yanaşmaların Mərkəzi və Cənubi Asiyada təhlükəsizliyin möhkəmləndirilməsinə, regionlararası əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına, ölkələrimizin və xalqlarımızın davamlı inkişafının və rifahının təmin olunmasına töhfə verəcəyi vurğulanıb.
Müxbir:Aytac Cəfərova
Tərcüməçi:Nigar Yusubova

Translate »