Noyabrın 23-də Mərakeşin Fes şəhərində BMT-nin Sivilizasiyalar Alyansının IX Qlobal Forumu çərçivəsində Özbəkistan Xarici İşlər nazirinin birinci müavini Furqat Siddikov Mərakeşin Xarici İşlər naziri Nasser Bourita ilə görüşüb.
Turaz.org Xarici İşlər Nazirliyindən əldə etdiyi məlumata istinadən bildirir ki, Nasser Bourita Özbəkistana Fes şəhərində BMT-nin Sivilizasiyalar Alyansında iştirak etdiyi üçün minnətdarlığını bildirib.
Görüş zamanı tərəflər siyasi, ticarıt, iqtisadi, mədəni, humanitar və turizm sahələrində qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Qeyd edilib ki, hər iki ölkənin cari ticarət həcmi gözlənilən potensialı qarşılamır.
Qarşılıqlı maraq dairəsində olan digər məsələlər də danışıqlar zamanı nəzərə alınıb.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Nigar Yusubova
Həmçinin bax: https://turaz.org/cin-terefinden-daha-bir-vehsilik-10-uygur-facievi-sekilde-oldu/
Son Xəbərlər
Ermənistan KTMT-dən çıxır? – Vəziyyət mürəkkəbdir
Ermənistan XİN: “Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir