Mart 30, 2023

Özbəkistan və Qazaxıstanın xarici işlər nazirləri Səmərqənddə ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

Noyabrın 17-də Özbəkistanın xarici işlər naziri Vladimir Norov Səmərqənddə “Avropa İttifaqı – Mərkəzi Asiya qarşılıqlı əlaqə üzrə: davamlı inkişaf üçün qlobal qapı” mövzusunda beynəlxalq konfrans çərçivəsində Qazaxıstan Baş nazirin müavini, Xarici İşlər Naziri Muxtar Tleuberdi ilə görüşüb.

 

 

Turaz.org xəbər verir ki, XİN-dən verilən məlumata görə, görüşdə qeyd olunub ki, şəxsi təmaslar, konfidensial dialoq və iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində Özbəkistan və Qazaxıstan arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Özbəkistan-Qazaxıstan mehriban qonşuluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Müxtəlif səviyyələrdə keçiriləcək tədbirlərin təşkilati və məzmun aspektləri nəzərdən keçirilib. Ticarət, avtomobil sənayesi, enerji, nəqliyyat və logistika, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Mədəni-humanitar mübadilənin genişləndirilməsi məsələləri, o cümlədən Qazaxıstanda Özbəkistanın Mədəniyyət Günlərinin keçirilməsinə hazırlıq və filosof Abay Kunanbayevin irsinə həsr olunmuş tədbirlər müzakirə edilib.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi: İlknur Yusifova

Həmçinin bax: https://turaz.org/nurlan-abdirov-ozbekistan-ve-azerbaycan-merkezi-secki-komitelerinin-sedrleri-ile-gorusub/

Translate »