Dekabr 5, 2021

Özbəkistan və Rusiya arasında saziş imzalanıb

Noyabrın 17-də Moskvada Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında hibrid formatda II Regionlararası Əməkdaşlıq Forumu keçirilib.

Turaz.org xəbər verir ki, tədbirdə 800-dən çox iştirakçı – iki ölkənin hökumət üzvləri, regionların rəhbərləri, nazirliklər, idarələr, sənaye assosiasiyaları, biznes assosiasiyaları, iri şirkətlərin və özəl sektorun nümayəndələri bir araya gəlib.

Tədbir çərçivəsində ayrı-ayrı tematik sessiyalar təşkil olunub, bu sessiyalarda iki ölkənin regionları arasında iqtisadi, sosial və infrastrukturun inkişafı sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, elektron texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsində birgə layihələr, qarşılıqlı ticarətin həcminin artırılması, nəqliyyat əlaqələrinin genişləndirilməsi və turizmin inkişafı ilə bağlı mühüm mövzular ətrafında müzakirələr aparılıb.

Həmçinin tədbir çərçivəsində Rusiya və Özbəkistan vilayətlərinin administrasiyalarının rəhbərləri bir sıra ikitərəfli görüşlər və danışıqlar aparıb, bu görüşlərdə konkret layihələrin və təşəbbüslərin həyata keçirilməsinə dair razılıq əldə olunub.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/rus-sulhmeramli-kontingenti-veziyyeti-hell-etmek-ucun-teleb-olunur-putin
Həmçinin bax: kafkazh.com/azerbaycan-efsar-dovletinin-yaranmasi

Translate »