Dekabr 5, 2022

Özbəkistan və Tacikistan sərhəddə yeni keçid məntəqələri acacaq. 

Tərəflər Özbəkistan və Tacikistan sərhədində Bekobod keçid məntəqəsi fəaliyyətini davam etdirməyə qərar veriblər.

 

Turaz.org bildirir ki, Daşkən və Duşanbe beynəlxalq mahiyyət daşıyan yeni keçid məntəqələri açmağa qərara alıblar.

Sərhəddə Bekobod keçid məntəqəsinin fəaliyyəti davam edəcək. Bu keçid məntəqəsi Tacikistanın Suqd vilayətində yerləşir. Onun vasitəsilə Daşkənd bölgəsinə getmək olar.

Son görüş zamanı tərəflər iki ölkənin müvafiq strukturlar üzrə əməkdaşlığı genişlındirmək barədə maraqlarını bildiriblər və əmtəə malları və məhsullarının daşınmasında gömrük xidmətinin səmərəli fəaliyyətinin gücləndirmək barədə təklifləri müzakirə ediblər.

Gömrük yoxlaması prosedurunun sürətləndirilməsi və sərhəddə buraxılış məntəqələrində nəqliyyat vasitələrinin bloklanmasının qarşısının alınması məsələsinə də baxılıb.

Müxbir:Aytac Cəfərova

Həmçinin bax: https://turaz.org/qasim-comert-tokayev-receb-tayyip-erdogani-respublika-gunu-munasibetile-tebrik-edib/

Translate »