Dekabr 5, 2022

Özbəkistan və Tacikistan sərhəddə yeni keçid məntəqələri açır 

Daşkənd və Düşənbə beynəlxalq əhəmiyyətli yeni keçid məntəqələrinin açılmasına qərar verib.

 

 

Turaz.org bildirir ki, Tacikistanın Suqd vilayətində yerləşən Bekobod sərhəd keçid məntəqəsinin fəaliyyəti bərpa olunacaq. Bu yaxınlarda keçirilən görüşdə tərəflər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib, malların və məhsulların daşınmasında gömrük xidmətlərinin səmərəli fəaliyyətinin gücləndirilməsi ilə bağlı təklifləri müzakirə ediblər. Gömrük yoxlaması prosedurunun sürətləndirilməsi və sərhəddə buraxılış məntəqələrində nəqliyyat vasitələrinin bloklanmasının qarşısının alınması məsələsi görüş zamanı müzakirə mövzularından biri olub.

Müxbir: Aytac Cəfərov

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/ayibini-gormeyen-ayb-yazicilar-birliyinden-hec-bir-gozlentim-yoxdur-qelem-sahiblerinden-sert-tenqid/

Translate »