Noyabr 28, 2022

Özbəkistan və Tacikistan su ehtiyatları üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib

Özbəkistanın xarici işlər naziri Vladimir Norov Səmərqənddə tacikistanlı həmkarı Siraciddin Muhriddin ilə görüşüb.

 

Turaz.org bildirir ki, görüşdə tərəflər ikitərəfli münasibətlər, bir sıra sahələrdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini müzakirə ediblər. Görüşdən sonra bildirilib ki, iki ölkə liderlərinin birgə səyləri nəticəsində son illər əməkdaşlığın inkişafında irəliləyişlər əldə olunub. Görüşdə parlament, hökumət və müvafiq sahələrin nazirlikləri vasitəsilə fəal dialoqun vacibliyi vurğulanıb. Nazirlər ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, iki ölkənin regionları arasında birbaşa əlaqələrin təşviq edilməsi, enerji, sənaye, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə dair təkliflərə baxıblar. Su və enerji ehtiyatlarından səmərəli istifadə, dayanıqlı nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı üzrə əməkdaşlığın davam etdirilməsi görüş zamanı razılaşdırılıb.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/turkpa-2022-ci-ilde-qazaxistanda-kecirilecek-prezident-seckilerini-musbet-qiymetlendirib/

Translate »