Oktyabr 22, 2021

Özbəkistan yük maşınlarının idxalı üçün sıfır gömrük rüsumu və vergiləri tətbiq edib

Özbəkistan Prezidenti avtomobillə yükdaşıyanlara dəstək üçün əlavə tədbirlər haqqında fərman imzalayıb.

Turaz.org xəbər verir ki, sənəd avtomobil nəqliyyatı ilə yük daşımaları ilə məşğul olan sahibkarlıq subyektlərinin nəqliyyat vasitələrinin parkını daha da yeniləmək və modernləşdirmək, daxili yük daşıyıcıları üçün əlverişli rəqabət mühiti yaratmaq, habelə beynəlxalq avtomobil yollarının nəqliyyat sahəsinin inkişafında müsbət tendensiyanı saxlamaq məqsədi ilə qəbul edilib.

Belə ki, 1 yanvar 2025-ci il tarixinə qədər Özbəkistan Respublikasına malların daşınması üçün nəzərdə tutulmuş aşağıdakı nəqliyyat vasitələrinin idxalı zamanı nəqliyyat vasitələrinin alınması üçün sıfır gömrük rüsumu, istifadə rüsumu və buraxılışı 7 ildən çox olmayan nəqliyyat vasitəsi haqqı tətbiq edilir.

– Avro-5 və daha yüksək ekoloji sinif tələblərinə cavab verən TN VED kodları 8701 20, 8704 22 (damperli maşınlar istisna olmaqla) avtomobilləri;
– qoşqu və yarımqoşqular (TN VED kodları 8716 31, 8716 39).

1 Yanvar 2025 -ci il tarixinə qədər, AB ölkələrində istehsal olunan, buraxılış tarixindən 7 ildən çox olmayan aşağıdakı avtomobilləri Özbəkistan Respublikasına daxil olarkən məcburi sertifikasiyadan azaddırlar:

– Avro-5 və daha yüksək ekoloji sinif tələblərinə cavab verən yük və xüsusi nəqliyyat vasitələri;
– yüklərin avtomobil yolu ilə daşınması üçün istifadə olunan qoşqu və yarımqoşqular.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/xarici-isler-nazirliyi-efqanistanla-bagli-yeni-beyanat-yayib
Həmçinin bax: tehsilim.org/dovlet-imtahan-merkezi-abituriyent-jurnalinin-4-cu-nomresini-nesr-edib

Translate »