Oktyabr 24, 2021

Özbəkistana 200-ə yaxın əfqan qaçqını gəlib

Almaniya Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarəsi daha 196 əfqan qaçqınını Kabildən Daşkəndə gətirib.

Turaz.org “İnterfaks”a istinadən xəbər verir ki, qaçqınlar daha sonra Frankfurta göndəriləcək.

Özbəkistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, son bir neçə gündə Əfqanıstandan Daşkənd vasitəsilə 1 982 əcnəbi təxliyə edilib.

Müxbir: Sevinc İbrahimzadə

Translate »